RU

Boliviyada çevriliş cəhdi olub – General saxlanılıb

Boliviya Prezidenti Luis Arse ordunun ölkə paytaxtında addımlarını dövlət çevrilişi adlandırıb və vətəndaşları demokratiyanı müdafiə etməyə çağırıb.

 Tribunainfo.az xəbər verir ki, bu barədə “Deber” qəzeti məlumat yayıb.

Öz növbəsində, Boliviya Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti La Pazda davam edən hadisələr fonunda Prezident Arse hökumətini dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Boliviya hərbçiləri gecə saatlarında paytaxt La Pazda hökumət binası qarşısındakı meydanı mühasirəyə alıblar. Lakin çevriliş cəhdi uğursuz olub və dövlət çevrilişinə rəhbərlik edən general Xuan Xose Zuniqa saxlanılıb.

Bildirilib ki, Zuniqa polis əməkdaşlarının müşayiəti ilə Baş Qərargahın binasını tərk edib və onu maşına mindiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
tribunainfo.az

1Источники