RU

Piyadanı maşınla vurub öldürərək qaçan ANAMA-nın əməkdaşına cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Füzulidə piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Turan Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ona 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə 23 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş verib.

 

Belə ki, 1991-ci il təvəllüdlü Hüseynov Turan Akif oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə kənd ərazisində asfalt yolla hərəkətdə olarkən yolun hərəkət hissəsindən keçən piyada – 1955-ci il təvəllüdlü Məcidov Ziyad Cabbar oğlunu vuraraq qaçıb. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də aldığı xəsarətlərdən xəstəxanada ölüb.

 

Hadisədən sonra sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Xatırlatma: Turan Hüseynov hadisə törədən zaman Azərbaycan Minatəmizləmə Agentliyində (ANAMA) minatəmizləyən operator vəzifəsində çalışırmış.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 27 İyun 2024, 09:21   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
pravda.az

1Источники