RU

Ayrılıq xəbərini sosial şəbəkə hesabında təsdiqlədi

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev çıxış etdiyi “Adana Demirspor”dan ayrıldığını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə 30 yaşlı qolkiper özünün "İnstaqram" hesabında paylaşım edib.

O, Superliqa təmsilçisindən fotosunu paylaşıb və bu sözləri yazıb. “Hər şey üçün təşəkkürlər, Adana”.

Türkiyə mətbuatı Şahruddinin müqaviləsini birtərəfli qaydada ləğv etdiyini yazmışdı.

Ş.Məhəmmədəliyev 2023-cü ilin sentyabrından Türkiyə Superliqası təmsilçisində oynayırdı. O, klubun heyətində 25 rəsmi matçda meydana çıxıb, 40 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
sportinfo.az

1Источники