RU

Avropa çempionatlarında dördüncü

Gürcüstan milisinin futbolçusu Jorj Mikautadze Avropa çempionatları tarixinə düşüb.

İdman.biz xəbər verir ki, o, yığmasının turnirdəki ilk üç oyununda qol vuran 4-cü futbolçu olub.

Jorj qrup mərhələsinin III turunda Portuqaliyanın (2:0) qapısına yol tapıb. O, bunadək Türkiyə (1:3) və Çexiyaya (1:1) da qol vurub.

Mikautadzeyə qədər yalnız üç oyunçu bunu bacarıb. Viktor Ponedelnik SSRİ, Xristo Stoiçkov Bolqarıstan, Qaret Beyl Uels millisinin heyətində eyni uğura imza atıb.

İdman.biz

Избранный
71
idman.biz

1Источники