RU

Hindistan xaricdən pul köçürmələrinin həcminə görə lider oldu

Müəllif:Ayşən İmanova/Banco.az

Mart ayında başa çatan 2023-2024-cü maliyyə ili ərzində Hindistan xaricdəki vətəndaşlarından rekord məbləğdə - 107 milyard dollar xalis pul köçürmələri əldə edib.

Banco.az xəbər verir ki, bu barədə Dünya Bankının məlumatında deyilir.

Məlumata görə, Cənubi Asiya respublikası ardıcıl ikinci maliyyə ili üçün 100 milyard dollar həddini keçib və bu göstərici üzrə dünyada liderlik edir.

ABŞ 23% payla hindlilərin vətənlərinə köçürdüyü ən böyük pul mənbəyi olaraq qalıb.

Xaricdə yaşayan vətəndaşların köçürmələrinin həcminə görə ilk üçlükdə Meksika (67 milyard dollar) və Çin (50 milyard dollar) qərarlaşıb. İlk 5-liyi 40 milyard dollarla Filippin və 24 milyard dollarla Misir tamamlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
banco.az

1Источники