RU

Avropa İttifaqı yeni müharibə ilə bağlı xəbərdarlıq edir

Avropa

“Livan, İsrail və region yeni müharibəyə dözə bilməz. Avropa İttifaqı bundan təsirlənəcək”.

Reyting.az
xəbər verir ki, belə bir xəbərdarlığı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell edib.

Cozef Borrell Livanın xarici işlər naziri Bou Həbib ilə görüşdüyünü deyib: “Biz “Mavi xətt”də gərginliyin dərhal azaldılmasını və hamı üçün məqbul siyasi həll yolunda səyləri necə gücləndirəcəyimizi müzakirə etdik. Livan, İsrail və region başqa bir müharibəyə dözə bilməz. Bundan Avropa İttifaqı da təsirlənəcək. Mən bir daha Avropa İttifaqının Livana və Livan xalqına güclü dəstəyini ifadə etdim”.

C. Borrell əlavə edib ki, Aİ Cənubi Livanda sülh və sabitliyin qorunmasında Livan Silahlı Qüvvələrini və Birləşmiş Millətlər Təşkilatının Livan üzrə Müvəqqəti İşçi Qrupunu (UNIFIL) dəstəkləyir.

Onu da qeyd edək ki, İsrail ordusu Livanda quru əməliyyatına hazırlıqları yekunlaşdırıb.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
1
reyting.az

2Источники