RU

Şahruddin “Adana Demirspor”la vidalaşdı

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”la vidalaşıb.

Futbolpress.az xəbər verir ki, qolkiper sosial şəbəkə hesabında Super Liqa təmsilçisinin formasıyla şəklini paylaşıb və “Hər şey üçün təşəkkürlər” deyə, yazıb.

Şahruddin klubdakı maliyyə məsələlərinə görə “Adana Demirspor”dan ayrılıb.

Şahruddin ötən mövsümün əvvəlində 900 min avro qarşılığında “Qarabağ”dan “Adana Demirspor”a keçmişdi. O, Türkiyə klubunda 25 oyunda 40 qol buraxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
futbolpress.az

1Источники