RU

Gədəbəydə avtomobil yeniyetməni vuraraq öldürüb

Gədəbəy şəhəri, Heydər Əliyev prospektində avtomobil 11 yaşlı uşağı vuraraq öldürüb.

Moderator.az-ın məlumatına görə, əslən Gədəbəydən olan Rusiya vətəndaşı Abbasov Məhəmməd Səmaləddin oğlu etibarnamə ilə idarə etdiyi avtomobillə yolu keçmək istəyən 11 yaşlı İsmayılzadə Yusif Şaiq oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
4
moderator.az

10Источники