RU

Arvadına qısqandığı qonşusunu öldürdü - AĞIR CƏZA

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rəhman Qocalıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ona 18 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Qeyd: Rəsmi məlumata əsasən, avqustun 20-si saat 00:12 radələrində Hacıqabul rayon sakini 1980-ci il təvəllüdlü Rəhman Qocalıyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Pərviz Quliyevin aralarında yaranmış mübahisə zamanı qonşusu Rəhman Qocalıyevə Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Pərviz Quliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

 

İttihama görə, o, qonşusu Rəhman Qocalıyevin üç ay qabaq gecə saatlarında onun yaşadığı evin həyətyanı sahəsinə gizlicə daxil olaraq ailə üzvlərini izləməsindən və arvadı ilə münasibətinin olmasından şübhələnib. Pərviz bunu aydınlaşdırmağa çalışıb, lakin məqsədinə nail olmayaraq qısqanclıq zəminində, eləcə də aralarında uzun müddət davam edən şəxsi qərəzli münasibətlər zəminində onda qisas almaq niyyəti ilə Rəhmanı qəsdən öldürmək qərarına gəlib.

 

Belə ki, o, 19 avqust 2023-cü il tarixdə, saat 23:47radələrində sərxoş vəziyyətində olarkən yaşadığı Hacıqabul şəhəri, Z.Tağıyev küçəsində Rəhman Qocalıyevin evinə gəlməsini gözləyib. Sonra Pərviz onun qarşısını kəsərək mübahisə edib. Bu zaman o, özü ilə evdən gətirdiyi mətbəx bıçağı ilə Rəhmana ümumilikdə 6 zərbə endirərək onu xüsusi amansızlıqla qətlə yetirib.

 

Kamal Məmmədov

Tarix: 27 İyun 2024, 08:59   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
pravda.az

1Источники