RU

İstanbulda bina belə çökdü

İstanbulda7 mərtəbəli binanın 3-cü mərtəbəsi bu gün səhər saatlarında çöküb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Bahçelievler Zəfər Məhəlləsi Yadigar küçəsində qeydə alınıb.

İstanbul valiliyi dağıntılar altında heç kimin olmadığını açıqlayıb.

1980-ci ildə tikilən binada çatların əmələ gəlməsi sakinlərdə təşviş yaradıb. Boşaldılan bina çökməzdən əvvəl mobil telefon kamerası ilə lentə alınıb.

Ehtiyat tədbiri olaraq ərazidəki bəzi binalar da boşaldılıb.

Qismən uçmanın baş verdiyi bina hadisədən bir qədər əvvəl belə görünüb.

Murad Məmmədli

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
bakivaxti.az

1Источники