RU

İsrail Livana hücum hazırlıqlarını tamamlayıb

İsrail

İsrail ordusu Livanda quru əməliyyatı üçün hazırlıqlarını tamamlayıb. İki Avropa ölkəsi isə bir-birinin ardınca mümkün müharibə ilə bağlı açıqlamalar verib.

Reyting.az
-ın xəbərinə görə, Almaniya və Hollandiya Livandakı vətəndaşlarına xəbərdarlıq edib.

Almaniya Xarici İşlər Nazirliyinin saytında Livanla bağlı səyahət xəbərdarlıqları yenilənib. Bəyanatda Almaniya vətəndaşlarına Livana səyahət etməmələri, Livanda olan vətəndaşlarına isə dərhal bu ölkəni tərk etmələri barədə xəbərdarlıq edilib.

Bölgədəki təhlükəsizlik vəziyyətinin dəyişkən olduğu, Livan ilə İsrail arasındakı sərhəd bölgəsində son həftələrdə hərbi toqquşmaların intensivləşdiyi bildirilən bəyanatda, “Vəziyyətin daha da gərginləşməsi və münaqişənin genişlənməsi istisna olunmur”,- ifadəsi işlədilib.

Bəyanatda gərginliyin daha da artmasının Rafik Həriri hava limanında hava hərəkətinin tamamilə dayandırılmasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib və bu halda Livandan hava yolu ilə çıxmağın mümkün olmayacağı bildirilib.

Hollandiya Xarici İşlər Nazirliyi də Hollandiya vətəndaşlarından Livana səyahət etməmələri və orada olanların hələ uçuşlar olduğu üçün Livnı dərhal tərk etmələrini istəyib.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
reyting.az

1Источники