Qazaxda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə hadisə Xanlıqlar kəndində qeydə alınıb.
Belə ki, Xanlıqlar kəndində, restoranların birinin qarşısında avtomobil piyadanı vurub. 1988-ci il təvəllüdlü Rəşad Əmrahov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Rəşad Əmrahov göstərilən tibbi yardımlara baxmayaraq yerləşdirildiyi tibb müəssisəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.