RU

Dollar 2024-cü ilin ən yüksək səviyyəsində

ABŞ Federal Ehtiyat Sisteminin (FED, mərkəzi bank) ilk faiz endirimini daha gec həyata keçərəcyini gözlənildiyi üçün dollar indeksi noyabr ayından bəri ən yüksək səviyyəyə qalxıb.

Marja.az xəbər verir ki, Çərşənbə günü Bloomberg Dollar Spot İndeksi 0,4 faiz də artaraq 1271,36 səviyyəsinə qalxaraq, ilin ən yüksək səviyyəsini qeyd edib.

ABŞ Dolları İndeksi isə 106 səviyyəsini keçib. Bu indeks ilin əvvəlindən bu yana 4.56% artıb.

Avropa Mərkəzi Bankı və Kanada Bankı iyunun əvvəlində faizlərini aşağı salıb, Fed isə faiz dərəcələrini iyirmi ildən çox müddətdə ən yüksək səviyyədə saxlayır.

Analitiklər FED-in borclanma xərclərini digər mərkəzi banklardan daha yüksək saxlamasından dolların faydalanmağa davam edəcəyini düşünürlər. Lakin analitiklər dəstəyin nə vaxtsa azala biləcəyi barədə xəbərdarlıq ediblər.

Digər tərəfdən, yen 1986-cı ildən bəri ən zəif səviyyəsinə enərək, faiz dərəcələrini aşağı saxlayan Yapon səlahiyyətlilərinin yeni müdaxiləsi riskini artırıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
1
marja.az

2Источники