RU

Heyvanların buraxdığı qaza görə vergi

İnək, qoyun və donuzların buraxdığı qazlara görə fermerlərdən vergi alınacaq.

Teleqraf.com xəbər verir ki, maraqlı verginin Danimarkada alınması nəzərdə tutulub.

Danimarkanın Vergilər naziri Ceppe Bruus mövzu ilə bağlı verdiyi açıqlamada inək, qoyun və donuzların buraxdığı qazlardan alınması planlaşdırılan vergi ilə bağlı hökumət və fermerlər, sənaye və həmkarlar ittifaqı nümayəndələrinin razılaşdıqlarını deyib.

Belə bir verginin tətbiq edilməsi "dünyada bir ilk" olacağını qeyd edən Bruus, Danimarkanın 2030-cu ilə qədər istixana qazı emissiyalarını 70 faiz azaltmağı hədəflədiyini bildirib.

Vergitutma çərçivəsində, 2030-cu ildən etibarən heyvandarlıqla məşğul olan fermerlərdən hər bir ton karbon qazı ekvivalenti emissiyası üçün 300 kron (43 ABŞ dolları) vergi tutulacaq. Vergi 2035-ci ilə qədər 750 krona (108 dollar) yüksələcək.

Vergiyə dair təklif bu ilin sonuna qədər Danimarka parlamenti Folketinqə təqdim ediləcək.

Qeyd edək ki, buna bənzər qərar 2025-ci ildə Yeni Zelandiyada qüvvəyə minəcəyi planlaşdırılırdı. Lakin fermerlərin tənqidindən və 2023-cü il seçkilərində hakimiyyət dəyişikliyindən sonra qanundan imtina edilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Paris İqlim Müqaviləsi çərçivəsində əsrin sonuna qədər qlobal temperatur artımını 2 dərəcə Selsi altında saxlamaq məqsədinə nail olmaq üçün ölkələrdən 2050-ci ilə qədər dünya üzrə karbon emissiyalarını sıfıra endirmələrini istəyir.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
teleqraf.com

1Источники