RU

Sabah Baydenlə Trampın ilk debatı keçiriləcək

Sabah

Vaşinqton, 27 iyun, AZƏRTAC

Dördillik fasilədən sonra sabah ABŞ Prezidenti Co Baydenlə onun sələfi Donald Tramp arasında prezident seçkiləri öncəsi ilk debat keçiriləcək. AZƏRTAC-ın məlumatına görə, debat yerli vaxtla iyunun 27-si saat 21:00-da (Bakı vaxtı ilə 28 iyun saat 05:00) başlayacaq. Bu debat prezident seçkiləri ilə bağlı ənənəvi debatlardan erkən təşkil olunub.

Debat CNN-in Atlanta şəhərində yerləşən binasında baş tutacaq. Ceyk Tapper və Dana Baş debatın moderatorları olacaqlar. Debatda tamaşaçı iştirak etməyəcək. Veriliş CNN-ə məxsus kanallarda canlı yayımlanacaq.

Debat zamanı yalnız çıxış haqqı olan namizədin mikrofonu açıq olacaq. Moderatorlara vaxtı müəyyən etmək və müzakirəni təmin etmək üçün bütün vasitələrdən istifadə etmək səlahiyyəti veriləcək. Debata Bayden başlayacaq.

81 yaşlı Co Bayden və 78 yaşlı Donald Tramp ABŞ tarixində prezident seçkilərində ən yaşlı namizədlərdir.

Növbəti debat ABC kanalı tərəfindən sentyabrın 10-da təşkil olunacaq.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
3
azertag.az

4Источники