Egey dənizində 4,4 bal gücündə zəlzələ baş verib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ Gökçeadadan (Çanaqqala) 45,43 km uzaqlıqda, 15,3 km dərinlikdə qeydə alınıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun