RU

Baydenlə Tramp arasında ilk debat baş tutacaq

ABŞ Prezidenti Co Bayden və onun sələfi Donald Tramp arasında ilk seçki debatı cümə axşamı keçiriləcək. SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Debat Corciya ştatının Atlanta şəhərində baş tutacaq.

Proses 90 dəqiqə davam edəcək. İştirakçılardan biri danışarkən digərinin mikrofonu bağlı olacaq.

Əsas mövzu iqtisadiyyat və miqrasiya olacaq. Respondetlərin 47 faizi debatda Trampın qalib gələcəyini düşünür. Baydenin qalibiyyətinə isə sorğuda iştirak edənlərin 37 faizi inanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
7
sia.az

8Источники