RU

İsrail Baydenin Qəzza planını dəstəklədi

İsrail ABŞ Prezidenti Cozef Baydenin Qəzza zolağında atəşkəs razılaşması təklifini dəstəkləyir.

Publika.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant Vaşinqtona səfəri zamanı bildirib.

“Biz İsrailin qəbul etdiyi və prezident Baydenin təklifini qətiyyətlə dəstəkləyirik və indi radikal HƏMAS hərəkatı bunu qəbul etməlidir, əks halda nəticələri ilə üzləşməlidir”, - nazir deyib.

Qalant vurğulayıb ki, İsrailin birinci prioriteti Qəzzada saxlanılan girovları evlərinə qaytarmaq və xalqını qorumaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
12
publika.az

10Источники