Almaniyada təşkil olunan Avro-2024-də qrup mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, F qrupunda Portuqaliya ilə Gürcüstan qarşılaşıb.
Gürcülər bu matçda gözlənilməz qələbə qazanmaqla qrup üçüncüsü kimi 1/8 finala yüksəlib. Qonşularımız hesabı erkən açıb.
Millimizin keçmiş hücumçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.
Georges Mikautadze isə 57-ci dəqiqədə penaltini qola çevirib.