RU

DİQQƏT ! Hansı ayaqqabı ilə maşın sürmək olmaz? – FOTO

Çimərlik mövsümü gəlincə Azərbaycanda sürücülərin “şəpik müzakirəsi” yenidən gündəliyə oturur. Polis bu cür ayaqqabılarla maşın sürməyi tövsiyə etməsə də, çoxları başqa cür düşünür (tanıdığım şəxslər arasında bu gün də avtomobili fəsildən asılı olmayaraq ayaqyalın idarə edənlər var). 

Avtosfer.az xəbər verir ki, Ford şirkətinin sifarişi əsasında avtomobil idarə etmək üçün ən təhlükəli ayaqqabılar ayırd edilib. Bunların başında çəkələk (şəpik) gəlir. Məsələ burasındadır ki, bu ayaqqabı ayaqdan çıxa və qəza vaxtı pedalın altına düşüb onu bloklaya bilir. Hündürdaban ayaqqabılar və iri çəkmələr də təhlükəlidir. Bu tip ayaqqabılarda hissiyyat azalır. Sınaqlar göstərir ki, ayaqda yaxşı oturmayan ayaqqabıya görə tormoz yolu artır. Qeyri-standart ayaqqabı geyinən sürücülərə görə xaricdə cərimə də mövcuddur.Avropa İttifaqının əksər ölkələrində təkcə çəkələk deyil, hündürdaban ayaqqabı, “vyetnamka”, ayaqda sabit oturmayan hər hansı digər ayaqqabı növü ilə yanaşı, ayaqyalın avtomobil idarə etmək də inzibati xəta sayılır. Bu da əsassız deyil. Hələ ötən əsrin 70-ci illərindən keçirilmiş çoxsaylı testlərdə məlum olub ki, ayaqqabı ilə olan idarəetmə hissiyyatı ayaqqabısız hissiyyatdan ciddi şəkildə fərqlənir. Ayaqda sabit olmayan ayaqqabı isə ani tormozlama zamanı problem yarada bilər. ən əsası isə, narahat ayaqqabı məhz tormoz pedalından istifadəyə çətinlik yaradır. Bu səbəbdən bir çox ölkədə uyğun olmayan ayaqqabı ilə maşın sürənlərə cərimə tətbiq edilir.  Cərimə məbləği Belçikada 120 avro, İspaniyada 80 avro, Fransada 35 avrodur. Bu 3 ölkədən fərqli olaraq Almaniyada lüt-üryan avtomobil sürməyə də icazə verilir. İsveçrədə bu maddə qanunda konkret təsbit edilməsə də, Yol Hərəkəti Məcəlləsi sürücüdən avtomobili rahat geyimdə idarə etməyi tələb edir. Bu maddəni əsas gətirərək polis 50 frankadək cərimə tələb edə bilər. İspaniyada isə qulağı örtən papağa görə də 80 avro cərimə nəzərdə tutulur. Ayağını ön panelə söykəyən sərnişinə görə isə sürücü 100 avro cərimə ödəməlidir.İşin ən maraqlı tərəfi sığorta ilə bağlıdır. Dünyanın heç bir ölkəsində polis sürücüləri kütləvi şəkildə saxlayıb nə geydiyini yoxlamır. Bu, fiziki və texniki olaraq da mümkün deyil. Lakin qəza anında sürücünün ayağında uyğun olmayan ayaqqabı varsa, ABŞ, Belçika, Almaniya və Fransada sığorta şirkətləri bir qayda olaraq ödənişdən imtina edir. İsveçrədə isə çox vaxt sığorta şirkətləri qəza törədən sürücüyə “üçüncü tərəfə zərər vurma” maddəsi ilə ittiham qaldırır. Bütün ölkələrdə əksər hallarda bu məsələdə məhkəmələr sürücünün əleyhinə qərar verir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
1
yerli.media

2Источники