RU

Sabiq prezidentə narkotik ittihamı - Hökm oxundu

Hondurasın keçmiş prezidenti Xuan Orlando Hernandesə hökm oxunub.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, o, ABŞ-da narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.

ABŞ-ın Manhetten Federal Məhkəməsində keçirilən məhkəmə iclasında 55 yaşlı Hernandesi 45 il müddətinə azadlıqdan məhrum edib.

Prokurorlar bildiriblər ki, Hernandez narkotik pullarından məmurlara rüşvət vermək və 2013-2017-ci illərdə Honduras prezident seçkilərində səsvermənin nəticələrini manipulyasiya etmək üçün istifadə edib. Bir neçə məhkum qaçaqmalçı Hernandesə rüşvət verdiklərini bildiriblər.

2014-2022-ci illər arasında prezident vəzifəsini icra edən Hernandez seçki kampaniyalarını ölkədə narkotiklərlə mübarizə vədi ilə aparıb. ABŞ-ın güclü müttəfiqlərindən biri sayılan Hernandez narkotiklərlə mübarizədə istifadə olunmaq üçün vəzifəsi zamanı ABŞ-dən 50 milyon dollardan çox maliyyə yardımı alıb. Hernandez ABŞ-ın keçmiş prezidenti Donald Trampın da tərifini alıb.

Hernandez səlahiyyət müddəti bitdikdən cəmi 3 ay sonra, 2022-ci ilin aprelində Hondurasdan ABŞ-a ekstradisiya edilib. Sabiq prezidentin qardaşı Tony Hernandez də narkotik vasitələrin satışında lə ittiham olunub. Onun barəsində ömürlük həbs cəzasına məhkum edilib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
teleqraf.com

1Источники