RU

ABŞ-də tarixi gün - Hər kəs bu debatı gözləyir

Noyabrın 5-də ABŞ-də keçiriləcək seçkilərdə prezident olmaq üçün mübarizə aparacaq Demokratların namizədi, hazırda prezident olan Co Bayden və Respublikaçıların namizədi Donald Tramp arasında sabah axşam ilk debat keçiriləcək.

Teleqraf.com xəbər verir ki, CNN-in telekanalında seçki debatında üz-üzə gələcəklər.

Debat 21:00-da başlayacaq və 90 dəqiqə davam edəcək. 1960-cı ildən bəri ilk dəfə auditoriyasız keçiriləcək prezident debatı zamanı “namizədlərin debata ayrılan vaxtı maksimum dərəcədə artıra bilməsini təmin etmək” məqsədilə Bayden tərəfinin tələbi ilə yalnız danışan şəxsin mikrofonu açıq olacaq.

Debatlarla bağlı keçirilən sorğularda hər 10 amerikalıdan 6-nın sabah axşam keçiriləcək seçki debatını canlı izləyəcəyi güman edilir.

İştirakçıların 61 faizi debatı maraqla canlı izləyəcəklərini bildirsələr də, 24 faizi daha sonra xəbərlər və sosial şəbəkələrdə izləyəcəklərini, 14 faizi isə debata maraq göstərmədiyini qeyd edib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
teleqraf.com

1Источники