RU

Avro-2024: Portuqaliya və Türkiyə 1/8 finala vəsiqə qazandı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçirilib.

90deqiqe.Az  xəbər verir ki, F qrupunda Gürcüstan millisi Portuqaliya üzərində 2:1 hesablı inamlı qələbə qazanıb.

Bu qrupun digər görüşündə isə Türkiyə yığması Çexiyanı sınağa çəkib. Bu matçda qardaş ölkə görüşün son dəqiqələrində vurduğu qolla çətin qələbəyə sevinib.

Beləliklə, Portuqaliya millisi (6 xal) qrup lideri, Türkiyə seçməsi (6 xal) ikinci yerin sahibi, Gürcüstan yığması (4 xal) isə ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finala adlayıb. 1 xalı olan Çexiya millisi isə qrupda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
50
90deqiqe.az

10Источники