RU

Cəlilabadda "Lexus" "VAZ-2106" ilə toqquşub, xəsarət alan var

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Lexus" markalı minik avtomobili "VAZ-2106" markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Yaralı rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
2
apa.az

3Источники