Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada "M çiçəyi (mpox)" virusunun artması ilə bağlı xəbərdarlıq edib və bunun əsas səbəblərini müəyyən etmək üçün intensiv araşdırmalara çağırıb.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında "M-çiçəyi" virusu sahəsində ekspert kimi çalışan Rosamund Levis bildirib.
Levis "M-çiçəyi" virusunun artmaqda davam etdiyinə görə, bunun sağlamlıq üçün təhlükə olduğunu vurğulayıb.
Levis xüsusilə Afrikada "M-çiçəyi" virusunun artdığını vurğulayaraq, bunun kök səbəblərini müəyyən etmək üçün intensiv araşdırmalara çağırıb.
Konqo Demokratik Respublikasının böyük bir epidemiya ilə qarşı-qarşıya qaldığını deyən Levis təkcə 2024-cü ildə bildirilən 9 min 291 milyon çiçək xəstəliyindən 419-nun ölümlə nəticələndiyini söylədi.
Epidemiya səbəbiylə daha çox uşaqların öldüyünü qeyd edən ekspert, Afrikada son zamanlarda artan M-pox hadisələrinin həllinə kritik ehtiyac olduğunu da vurğulayıb.