RU

"Tramp uduzarsa, Putinin Ukrayna ilə bağlı planları puça çıxacaq" - amerikalı tarixçidən açıqlama

"Putin müharibədə zamana stavka edib, əvvəlcə Ukraynanın tez bir zamanda çökəcəyini, sonra isə Avropa İttifaqı-ABŞ alyansının dağılacağını gözləyib..."
 
"Dörd il öncə Trampa səs verənlərin əkcəriyyəti orta mövqedədir və noyabrda ona yenidən səs verməyəcək..."
 
Donald Trampın prezident seçkilərində məğlubiyyəti Putinin Ukrayna ilə bağlı planlarını poza bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Prinston Universitetinin Avropa tədqiqatları üzrə professoru Harold Ceyms "Neue Zürcher Zeitung" qəzetinə müsahibəsində deyib.
 
İsveçrədə keçirilən "Qlobal sülh sammit"in uğurlu hesab edilməsinin mümkünlüyü barədə suala cavabında o, deyib: 
 
"Heyrət doğuran uğurdan danışmaq çətindir. Lakin bu, uğurun başlanğıcı ola bilər. Hər halda onlar birlikdə toplaşıb razılığa gəliblər.
 
Əlbəttə, əsas ölkələr iştirak etməyib və ya sazişə imza atmayıb. Məsələn, Braziliya ilə Hindistan kimi ölkələri misal çəkmək olar. Çin kənarda qalıb. Bu, çatışmazlıqdır, hesab edirəm ki, nəticə etibarilə bu münaqişəni Çin olmadan həll etmək mümkün olmayacaq", - o, deyib.
 
Bu zaman Ceyms Rusiyanın bu sammitdə iştirak etməməsini tamamilə düzgün adlandırıb, çünki Putin dönəmində bu ölkə müqavilə imzalamaq baxımından etibarsız tərəfdaşdır.
 
"1938-ci ildə britaniyalılar Hitlerlə saziş imzalamağa cəhd edib. Britaniya baş naziri Almaniyadan dönəndən sonra deyib: 
 
"Mənim əlimdə cənab Hitlerin imzaladığı sənəd var, Avropada sülh olacaq".
 
Bu, belə deyil. Əlbəttə, Rusiya bu prosesə cəlb edilməlidir, lakin bu hökumətlə bunu etmək mümkün deyil", - o, əlavə edib.
 
Tarixçi qeyd edib ki, Putin müharibədə zamana stavka edib. Əvvəlcə o, Ukraynanın tez bir zamanda çökəcəyini və hökumətin qaçışını, sonra isə Avropa İttifaqı-Amerika Birləşmiş Ştatları alyansının dağılacağını gözləyib.
 
"Mən hesab edirəm ki, Putin onun xoşuna gələn namizədin ABŞ prezidenti olmaq şansı mövcud olanadək öz postunda qalmağa çalışacaq. Əgər Tramp seçkiləri uduzacaqsa, Putinin planları alt-üst olacaq. Bu məqamda sülh yarana bilər", - Ceyms deyib.
 
Onun sözlərinə görə, Trampda "ruhi pozuntu" əlamətləri aşkardır, siyasətçinin bəyanatları isə getdikcə daha qorxulu olur.
 
"Trampın fanatikcəsinə tərəfdarları Amerika əhalisinin az hissəsini təşkil edir. Seçkilərdə həmişə orta mövqedə olanlar qalib gəlir.
 
Dörd il öncə Trampa səs verənlərin əksəriyyəti orta mövqedədir. Onlar noyabrda ona yenidən səs verməyəcək", - o, buna əmindir.
 
Tarixçidən Avropada sağ populist qüvvələrinin güclənməsi və bunun Ukraynaya mümkün təsirini şərh etməsi xahiş edilib.
 
O, deyib ki, hətta sağçı partiyalar anlayıb ki, onlar seçkilərdə uğur qazanmaq istəyirsə, Avropa əleyhinə mövqelərindən əl çəkməlidir.
 
"Makron Ukrayna ilə bağlı siyasətinin alternativinin olmadığına böyük stavka edir. Onun lazım olduğunu göstərə biləcəyini demək çətindir", - Ceyms Fransada növbədənkənar parlament seçkilərində Fransa prezidentinin təyini barədə əlavə edib.
 
ABŞ-da seçkilər
 
Noyabrın əvvəlində ABŞ-da 60-cı prezident seçkiləri keçiriləcək. Əsas iddiaçılar Co Baydenlə Donald Trampdır.
 
Tramp jurnalistlərə deyib ki, bir sutka ərzində Ukraynada müharibəyə son qoya bilər, lakin öz planını səsləndirməyib. 
 
Siyasətçi yalnız bunu deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putini danışıqlar masası arxasında əyləşdirə bilər.
 
Ekspertlər deyir ki, Avropa NATO ilə bağlı mövqeyinə görə Trampın qələbəsindən çəkinir. Avropa İttifaqı özünün müdafiə xərclərini artırır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
moderator.az

1Источники