RU

AVRO-2024: 30 ildən sonra ilk dəfə

AVRO-2024-ün E qrupunda keçirilən üç oyunun nəticələrinə əsasən maraqlı vəziyyət yaranıb. Dördlüyün bütün üzvləri bərabər sayda - hərəyə dörd xal toplayıb. Top fərqinə görə, ilk iki pilləni Rumıniya (4:3) və Belçika (2:1) milliləri tutub. Üçüncü yerdə Slovakiya (3:3) yığması və sonuncu yerdə isə Ukrayna millisi qərarlaşıb. Matc.az xəbər verir ki, sonuncu dəfə beynəlxalq futbolda belə bir hadisə 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatı olub. Həmin çempionatın E qrupunda Meksika, İtaliya, İrlandiya və Norveç qarşılaşıb və hərəyə dörd xal toplayıb. Xatırladaq ki, Almaniyada Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
matc.az

1Источники