RU

Gözlənilməz, amma birbaşa nadir əlaqə..?

...DünənSİA-nın da əldə etdiyi məlumata görə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Andrey Belousovla telefonla danışıb. Pentaqon qeyd edib ki, digər məsələlərlə yanaşı, müdafiə nazirliklərinin rəhbərləri Ukrayna ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Deməli, Pentaqonun rəhbəri Lloyd Ostin və bu ilin may ayında vəzifəsinin icrasına başlayan müdafiə naziri Andrey Belousov arasında ilk dəfə Amerika tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı olub.

Xatırladaq ki, bu barədə Bloomberg ABŞ Müdafiə Nazirliyinin bəyanatına istinadən xəbər verir.

...Brifinq zamanı ABŞ ordusunun sözçüsü Patrik Rayder qeyd edib ki, müdafiə nazirliklərinin rəhbərləri Ukraynadakı münaqişə ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Ostin Moskva ilə Vaşinqton arasında kommunikasiyaların saxlanmasının vacibliyinə diqqət çəkib.

Rayder qeyd edib ki, Rusiya və ABŞ müdafiə nazirləri arasında sonuncu söhbət 2023-cü ilin martında baş tutub, o vaxt bu vəzifə hələ də Sergey Şoyqu tərəfindən icra olunub.

Xəbər agentliyi xatırladır ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan Moskva ilə Vaşinqton arasında birbaşa əlaqə demək olar ki, tamamilə kəsilib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
sia.az

1Источники