RU

İsveç müəllimləri: Son 10-15 ildə məktəblilərin bilik səviyyəsi xeyli zəifləyib

İsveç

Stokholm, 26 iyun, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç müəllimləri arasında aparılan sorğu göstərib ki, şagirdlər növbəti sinfə keçərkən kifayət qədər ilkin biliklərə malik deyillər.

AZƏRTAC xəbər verir ki, ölkə üzrə sorğuda iştirak edən 1500 müəllim son 10-15 ildə məktəblilərin biliklərinin zəiflədiyini qeyd edib. Bunu “PISA” və “PIRLS” beynəlxalq proqramları da təsdiqləyir. Müəllimlər bildirirlər ki, şagirdlərin yazı bacarıqları, oxuma sürəti və oxuduqlarını dərk etmələri əhəmiyyətli dərəcədə zəifləyib, onların əsas riyaziyyat bacarıqları isə mövcud deyil.

“Mən bütün sinfə eyni məzmunu öyrədə bilmərəm, mən üç-dörd fərqli üsul ilə uyğunlaşmalıyam. Eyni sinif şagirdləri o qədər zəif oxuyurlar ki, bütün ədəbiyyatı ucadan oxumağa məcbur oluruq”, - deyə orta məktəblərdən birinin müəllimi sorğu zamanı qeyd edib.

Sorğu əsasında tərtib olunan hesabatda qeyd edilir ki, sosial və iqtisadi cəhətdən həssas ailələrdən olan tələbələr arasında bilik səviyyəsi xüsusilə aşağıdır.

Eyni zamanda, İsveç Milli Təhsil Agentliyinin statistikası göstərir ki, sosial-iqtisadi problemləri olan məktəblərdə müəllimlərin ixtisas səviyyəsi daha aşağıdır. İsveç müəllimləri təkid edirlər ki, dövlət məktəblər arasında pul paylanmasına görə məsuliyyəti öz üzərinə götürməlidir.

“Bundan əlavə, dərs vaxtı düzgün bölüşdürülməlidir ki, hələ dərsləri planlaşdırmaq və hazırlaşmaq imkanımız olsun. Minimal ştat cədvəli və siniflərdə şagirdlərin sayı ilə bağlı qaydalara da ehtiyac var”, - deyə İsveç Müəllimlər Həmkarlar İttifaqının rəhbəri Anna Olskog bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
1
azertag.az

2Источники