Qazax rayonunda piyadanı avtomobil vurub.
Sfera.az-ın məlumatına görə, hadisə Xanlıqlar kəndində qeydə alınıb.
Müxtəlif xəsarətlər alan piyada Rəşad Əmrahov xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.