RU

65 yaşlı kişi qısqandı, 45 yaşlı qadını öldürdü, 26 yaşlı gənci isə…

Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə iyunun 26-da saat 16 radələrində baş verib.

Araşdırma zamanı məlum olub ki, 1959-cu il təvəllüdlü Mahir Quliyev aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək tanışı İlhamə Hüseynovanı qəsdən öldürüb, daha sonra 1999-cu il təvəllüdlü Akif Ağalarova və özünə xəsarətlər yetirib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Akif Ağalarov və hadisəni törətməkdə şübhəli bilinən Mahir Quliyev xəstəxanaya yerləşdiriliblər, hazırda müalicələri davam edir.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
1
axar.az

2Источники