RU

Putin İran prezidentinin səlahiyyətlərini icra edənə ZƏNG ETDİ

Rusiya Prezidenti Vladimir Putin İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbərlə telefon danışığı aparıb.


Sfera.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə liderləri bütün əsas istiqamətlər üzrə gələcək əməkdaşlığı müzakirə edib,birgə enerji və infrastruktur layihələrini xüsusilə qeyd ediblər.

 

Vladimir Putin iranlılara prezident seçkilərinin uğurlu keçməsini arzulayıb.

 

O, həmçinin ölkələr arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.


İranda prezident seçkiləri iyunun 28-nə təyin edilib. Erkən səsverməyə səbəb ölkə lideri İbrahim Rəisinin vəfatı olub. Mayın 19-da prezident helikopteri Azərbaycanla sərhədə yaxın ucqar dağlıq ərazidə qəzaya uğrayıb.


İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
sfera.az

1Источники