Paytaxtda əsən güclü külək ağacın budağını qopararaq lüks avtomobilin üzərinə aşırıb.
Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Bildirilib ki, hadisə saat 20:00 radələrində, Ziya Yusifzadə 8 ünvanında qeydə alınıb. Küləyin təsirindən ağacın budağı qoparaq “Toyota Land Cruiser” markalı maşının üzərinə düşüb. Nəticədə avtomobilə ziyan dəyib.
Sözügedən görüntüləri təqdim edirik:
Banu Hüseynli BAKU.WS VİDEO