RU

"Netanyahu regionu fəlakətə sürükləyir" - Ərdoğan

"Azalıq, insan haqları və ədalətdən dəm vuran dövlətlərin Netanyahu kimi ruhi xəstənin qulları olduğunu görmək son dərəcə ağır və acınacaqlıdır..."
 
"Kimsə Türkiyənin sionistlər qarşısında boyun əyəcəyini gözləməsin..."
 
Türkiyə lideri regon ölkələrini Livana dəstək olmağa çağırış edib
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrinə İsrail ilə potensial münaqişəsi ilə üzləşən Livana dəstək göstərməyə çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.
 
Hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyası qarşısında çıxış edərkən Ərdoğan bəyan edib: "Deyəsən, Qəzza bölgəsini məhv edən İsrail indi də Livanı hədəfə alıb".
 
"Biz görürük ki, Qərb ölkələri İsrailə bu məsələdə dəstək verir. Azadlıq, insan haqları və ədalətdən dəm vuran dövlətlərin Netanyahu kimi ruhi xəstənin qulları olduğunu görmək son dərəcə ağır və acınacaqlıdır".
 
Türkiyə prezidentinin fikrincə, İsrail dövləti rəhbərinin Livana hərbi hücum planları bütün regionu böyük fəlakətə təhrik edə bilər.
 
"Netanyahunun Qərbin görməzdən gəldiyi müharibəni bizim regiona genişləndirmək planları böyük fəlakətə gətirib çıxaracaq. İslam dünyası və Yaxın Şərqin qardaş ölkələri Qərbi önləyərək ilkin olaraq bu qanlı planlara cavab verməlidir. 
 
Lakin biz İslam dünyasının davranışını kədərlə müşahidə etməkdəyik, sanki onların üstünü ölülərin külü örtüb. Biz buna yol verməməliyik. Türkiyə qardaş Livan xalqını və hökumətini dəstəkləyir. Mən regionun digər ölkələrini Livanla həmrəyliyə çağırıram", - Ərdoğan bəyan edib.
 
Bundan başqa,Türkiyə lideri bəyan edib ki, "kimsə Türkiyənin sionistlər qarşısında boyun əyəcəyini gözləməsin".
 
Xəbər verildiyi kimi, ABŞ-ın rəsmi şəxsləri Vaşinqtonun hansısa formada İsrailin yaxın zamanlarda Livana gözlənilən genişmiqyaslı hücumuna mane olacağına və ya bundan çəkindirəcəyinə bel bağlamaması barədə "Hizbullah"a xəbərdarlıq edib. Bu barədə Amerikanın "Politico" nəşri yazıb. 
 
Amerika-İsrailin birgə planlarından xəbərdar olan Amerika mənbəsinin sözlərinə görə, "Hizbullah"a bu xəbərdarlıq onun İsrail və ABŞ-ın niyyətlərinin ciddi olduğu və qüvvələr nisbətinin açıq-aşkar onun xeyrinə olmadığını dəyərləndirməsi və bundan düzgün nəticə çıxarması məqsədilə edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
moderator.az

1Источники