RU

Yoav Qalant: “Müharibəmiz “HƏMAS”, “Hizbullah” və onların himayədarı olan İran rejiminə qarşıdır”

“İsrail ABŞ Prezidenti Cozef Baydenin Qəzza zolağında atəşkəs razılaşması təklifini dəstəkləyir”.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

“Biz Baydenin təklifini qətiyyətlə dəstəkləyirik və radikal HƏMAS hərəkatı da təklifi qəbul etməlidir, əks halda bunun nəticələri ilə üzləşməlidir.
Unutmayın ki, bizim müharibəmiz Qəzza xalqı ilə deyil. Bizim müharibəmiz Livan xalqı ilə deyil.

Bizim müharibəmiz “HƏMAS”, “Hizbullah” və onların himayədarı olan İran rejiminə qarşıdır. Biz Qəzzaya mühüm humanitar yardımın çatdırılmasını asanlaşdırmağa sadiqik. Biz ancaq bizə zərər vermək istəyənlərlə mübarizə aparırıq”, - deyə Vaşinqtona səfər edən Qalant qeyd edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
1
bizim.media

2Источники