RU

“Mən o klublarla danışıb “yox” deməmişəm” - “Kocaelispor”, “Novi Pazar”, yoxsa premyer-liqa?

Bir müddət öncə “Araz-Naxçıvan”la yolları ayrılan Turan Manafov hələ də klubsuzdu.

Lakin futbolçuya həm ölkədən, həm xarici klublardan dəvət var. 25 yaşlı müdafiəçinin adı tanınmış əcnəbi komandalarla birgə çəkilir. Belə ki, Manafovun Türkiyənin “Kocaelispor”, “Sakaryaspor “ , həmçinin Slovakiyanın “Spartak” və Polşanın “Qurnik” klublarından təklif aldığı deyilir. Hətta Serbiyan “Novi Pazar”ının da “3 nömrə” ilə təmasa keçdiyi iddiası var.

Bəs Turan gələn təklifləri niyə geri çevirir, tələbi nədi?
Bu sualla 25 yaşlı futbolçuya müraciət elədik:
“Hazırda həm Azərbaycandan, həm də xaricdən təkliflər var. İstirahət edirəm, bununla yanaşı, danışıqlar gedir. Mən o klublarla danışıb “yox” deməmişəm. Hamısı ilə menecerim ünsiyyətdə olub. Həm də şərtlərimi özü bilir, ona görə ətraflı mənim yerimə danışır. “Yox” desək belə, hamısı ilə danışığımız olub. Hətta bəziləriylə indi də danışırıq. Həm pul, həm də hərtərəfli mənə uyğun klub istəyirəm. Qane olmasam, ölkədən getməyəcəm. Çünki bir dəfə gedib hər şeyi görmüşəm. Həm də istəmirəm gedib futbolsuz qalım. Mütləq oynamalıyam. Mənim üçün hansı ən yaxşı olsa, ora gedəcəm. Konkret legionerlik və ya nəsə başqa meyarım yoxdu”.


Xatırladaq ki, Manafov daha əvvəl icarə əsasındaVolos "Olimpiakos"unda çıxış edib.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
football-plus.az

1Источники