RU

Ərdoğan Ermənistanın Fələstin qərarından məmnundur

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında çıxışı zamanı Ermənistanın Fələstin dövlətini tanımasına toxunub.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Türkiyə mətbuatı yazır.

 

Ərdoğan xüsusilə deyib: “Norveç, İrlandiya və Sloveniyanın vicdanlı mövqeyinin bütün Avropaya nümunə olmasını istəyirik. Biz hörmətli baş nazir Paşinyanın rəhbərliyi altında Ermənistanın Fələstin dövlətini tanımaq qərarından məmnun olduğumuzu bildiririk”.

 

İyunun 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub, onlar regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
oxu24.com

1Источники