RU

Bağlı qapılar arxasında görüş: Ərdoğanla  Baxçalı 1 saat danışdılar

Prezident Rəcəb Tayyib Ərdoğanın Beştepedə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə  görüşü olub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, bağlı qapılar arxasında keçirilən görüş təxminən 1 saat davam edib. Görüşdən sonra rəsmi açıqlama verilməyib.


Qeyd edək ki, iki lider bələdiyyə seçkilərindən sonra iki dəfə- aprelin 29-da və mayın 10-da görüşüb.

Prezident Ərdoğan bu görüşdən əvvəl AK Partiya TBMM Qrup toplantısında Cümhur İttifaqı ilə bağlı mühüm mesajlar vermişdi.

Ərdoğan 15 iyul gecəsi dövlət çevrilişinə cəhd edənlərə qarşı meydanlarda qurulan Xalq Birliyinin Türkiyənin varlığının təminatı olduğunu ifadə edərək deyib: "Yol yoldaşımız MHP ilə çiyin-çiyinə gedirik.Cümhur İttifaqı dim-dikdir, ayaqdadır. Möhkəm, vahid, bütöv və sarsılmaz olaraq qalacaq Cümhur İttifaqının hər hansı bir üzvünə qarşı "Hücum birbaşa ittifaqın birliyinə və bütövlüyünə edildi. Biz bu hücumlara icazə verməyəcəyik" .
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
sherg.az

1Источники