RU

BDU “Məzun Günü” tədbirinin təşkili üçün 147 min manat xərcləyəcək


Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, BDU tərəfindən 2023/2024-cü tədris ili üzrə “Məzun Günü” tədbirinin təşkili və keçirilməsilə bağlı müsabiqənin qalibi “ADMEDİA.AZ” MMC (VÖEN - 2002644161) olub.
Qeyd edək ki, BDU tenderin qalibi olan şirkətə 146 min 662 manat 20 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “ADMEDİA.AZ” MMC 21 may 2013-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, təsisçisi isə Sabit Məmmədovdur.

Elnur Əli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
2
yeniavaz.com

3Источники