RU

Hakan Fidan: NATO-nun terrora qarşı mübarizədə ciddi addımlar atmasını gözləyirik » AzadMedia.az


NATO-nun terrora qarşı mübarizədə ciddi addımlar atmasını gözləyirik.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Varşavada Rumıniya və Polşadan olan həmkarları ilə birlikdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə illərdir terrora qarşı mübarizə aparır: “Biz müttəfiqlərimizdən də verilən sözlərin üstündə qalmasını gözləyirik”.

H.Fidan, həmçinin Ukraynadakı müharibə barədə danışıb: “Bizim üçün müharibənin bitməsinin ən yaxşı yolu diplomatiyadır”.
Избранный
72
11
azadmedia.az

10Источники