RU

"Beynəlxalq nüfuzlu statistik qiymətləndirməyə görə, Azərbaycanın rəşadətli ordusu ən güclü ordular sırasındadır"

"Azərbaycan ordusu çox çətin bir dövrdə; daxildə gedən proseslər, hakimiyyət davası və cəbhədə düşmən tərəfindən torpaqlarımızın işğalı şəraitində yarandı. Heydər Əliyevin qayıdışından sonra 1993-cü ildə Azərbaycan Ordusu məqsədyönlü konsepsiya üzrə formalaşmağa başladı. Bunun nəticəsində ulu öndərin rəhbərliyi altında həm düşmənin işğalı genişləndirməsinin qarşısı alındı, yəni 80 faiz torpağı biz qoruya bildik. Həm də düşməni atəşkəs rejiminə keçməsi ilə bağlı razılığa gəlməyə məcbur etdik". Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert qeyd edib ki, Azərbaycan ordusu atəşkəs dövründə öz formalaşmasını ulu öndərin rəhbərliyi altında davam etdi. Ekspert vurğulayıb ki, ulu öndər həm ordunu formalaşdırdı, həm də özündən sonra şah əsəri olan Azərbaycan Silahlı Qüvvələrini inkişaf etdirmək üçün Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevi yetişdirərək, ordu quruculuğunun sükanını ona həvalə etdi. Şair Ramaldanov "Xalqın dəstəyi ilə ulu öndərin prinsiplərini inkişaf etdirən, ordunu müasir prinsiplərə uyğun formalaşdıran Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz, regionda ən güclü bir ordu kimi qısa bir zamanda qələbəyə və qələbədən sonra bu günki günə çox şərəfli və qüdrətli yol keçərək, qələbə qazanmış rəşadətli orduya çevrildi. Ulu öndərin uzaq görənliyi nəticəsində hələ sovetlər birliyi dövründə ulu öndər tərəfindən Naxçıvanski adına hərbi liseyin yaranması və gələcəkdə Azərbaycanın müstəqilliyini qorumaq üçün gənclərin hərbi peşəyə yiyələnməsi üçün böyük işlər aparıldı. Azərbaycan ordusunun formalaşmasında ulu öndərin yaratdığı Naxçıvanski adına liseyin əhəmiyyəti xüsusidir. Cənab İlham Əliyev Ali Baş Komandan olaraq, Azərbaycan ordusunu müasir silahlarla təmin etdi və Azərbaycan ordusunun toz bağlamış şablon yanaşmalardan uzaqlaşdırdı və modern dünyanın tələblərinə uyğun bir ordu kimi inkişaf etdirdi. Müasir ordunun inkişafı artıq intellektual cəhətdən yüksək səviyyəyə çatmış, bacarıqlı və savadlı kadrların yetişdirilməsi, onların rəqəmsal dünyanın tələblərinə cavab verən silahları idarə etmək üçün kadr potensialına nail oldu. Bu çağırışlar, bu devizlər, bu fikirlər Azərbaycan Ordusunun hansı tarixi hadisəyə hazır olmasından xəbər verirdi. Ali Baş Komandan, xüsusən Azərbaycan Ordusunun inkişafına böyük diqqət göstərdi və Azərbaycanda 5, 10, 15, 20, 25 mindən çox şəxsi heyətin iştirakı ilə iri miqyaslı təlimlərin keçirilməsinə rəhbərlik etdi. Onun təsdiq etdiyi təlimlər planındakı ssenarilər əsasında Azərbaycanda irimiqyaslı təlimlər keçirilərək, peşəkar ordu formalaşdırılmağa başlandı. Bu təlimlər gələcəkdə ehtimal olunan döyüşlərin ssenarisinə uyğun aparılırdı. Təlimlərdə artıq müasir silahların tətbiqi, onlara yiyələnməsi və əlbəttə ki, müasir silahlara uyğun müasir taktiki yanaşmaları inkişaf etdirirdi. Bu səbəbdən də, İkinci Qarabağ savaşında Azərbaycanın rəşadətli ordusu, məhz köhnə şablon tipli deyil, müasir yanaşmaları və təkmilləşdirilmiş silahların tətbiqi ilə qısa bir zamanda 44 gün ərzində işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə nail olaraq qələbə çaldı. Bunun üçün Azərbaycanda cənab prezidentin gənclərin təhsil müəssisələrində vətənpərvərlik ruhunun formalaşması üçün onların tərbiyəsinin strategiyası adlanan bir sənəddə, məhz bizim gənclərimizin vətənpərvərlik ruhunda tərbiyələnməsi və inkişaf etdirilməsi konsepsiyası yarandı. Biz ikinci Qarabağ savaşında və vətən müharibəsi haqqında danışanda artıq bizim gənclərimizin yüksək vətənpərvərlik ruhu haqqında danışırıq. Bu da bir günün, bir ilin işi deyil. Bütün inkişaf dövründə Azərbaycan ordusunun rəşadətli olması bizim gənclərimizin vətənpərvər ruhun yüksək olmasından xəbər verir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev aprel döyüşlərindən sonra deyirdi ki, “Azərbaycan ordusu qısa bir zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə qadirdir”. “-deyə hərbi ekspert bildirib. “Şuşa” bəyannaməsi imzalandıqdan sonra Azərbaycan prezidenti Azərbaycan Ordusunun Türkiyə modleinə keçirilməsi ilə bağlı ordu qarşısında tapşırıq qoydu. Hazırda da o tapşırıqlar çox uğurla yerinə yetirilir. Azərbaycan ordusunda aparılan islahatlar və Azərbaycan ordusunun daha da inkişaf etməsi, həm də NATO-nun ən inkişaf etmiş güclü orduları sırasında olan Türkiyə ordusunun modelinə keçməsinin tapşırığını həyata keçirir. Bu gün artıq beynəlxalq nüfuzlu statistik qiymətləndirməyə görə, Azərbaycanın rəşadətli ordusu 56-cı ən güclü ordular sırasında yer tutur. Ermənistan ordusu Azərbaycan ordusundan 2 dəfə geridə qalır. Azərbaycan ordusu işğal niyyəti ilə inkişaf olunan ordu deyil, Azərbaycan ordusu bu regionda sabitliyi qorumaq və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün yaradılan və formalaşan bir ordudur. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
bizimyol.info

1Источники