Sədərək Ticarət Mərkəzi yaxınlığında yanğın hadisəsi baş verib.
Bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq.
Nazirliyin mətbuat xidməti faktı təsdiqlədi.
"Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunun kənarında 150 kv.m. sahədə qamışlıq yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb", - deyə məlumatda qeyd olunub.
Mənbə: oxu.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az