Bu gün cəmiyyətdə müəllimə münasibət heç də birmənalı deyil. Amma yenə böyük əksəriyyəti onlara hörmət edir və sevir!
Böyük Zəlimxan Yaqub yazır ki, " məktəb- Məkkə, müəllimsə, Peyğəmbərdir.Buna heç kimin şübhəsi ola bilməz! Ən azından ona görə ki, hamımızın müəllimi olub. İndi gələk əsas mətləb üstünə! Elm və Təhsil Nazirliyi əvvəlcə müəllimləri diaqnostik qiymətləndirmədən keçirdi. Buna başa düşdük. Sonra isə müəllimlər sertifikatsiyadan keçməli oldular! Bunu da başa düsdük. İndi üçünçü mərhələdən- yəni müsahibədən keçməlidirlər! Ancaq bax bunu başa düşmədik!
Onsuz da hər iki imtahan ərəfəsində onlar nə qədər psixoloji gərginlik, həyəcan və stress keçiriblər. Bəlkə də həmin müəllimlər həkim müayinəsindən keçirilsələr onlların nə qədər xəstəlikləri aşkar olunar!
Bu qədər çək- çevirdən sonra yenidən müsahibədən keçmək, vallah, ədalətsizlik və müəllimə yenidən gərginlik və stress yaşatmaqdır. Müəllimləri bu qədər də incitmək olmaz axı! Görəsən, onların günahı nədir? Yəqin elə onların " günahı" müəllim olmaqlarıdır!!!
Emil Faiqoğlu