ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen iyunun 27-29-da Azərbaycana səfər edəcək.
Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Obrayen Prezident İlham Əliyev ilə görüşəcək:
"C.Obrayen Bakıda ikitərəfli münasibətlərdə irəliləyiş və ABŞ-ın Azərbaycan-Ermənistan arasında sülh sazişinə dəstəyini bildirəcək. O, Prezident İlham Əliyev ilə yanaşı xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla, yüksək vəzifəli Azərbaycan hökumətinin rəsmiləri ilə görüşəcək”.