RU

Artıq bütün parlamentlərdə qadınlar var TƏHLİL

Ötən il seçkilərdən sonra 47 ölkənin verdiyi məlumatlara əsaslanan son hesabata görə, dünyada ilk dəfə olaraq bütün parlamentlərdə qadın namizəd seçilib. Dövlətlərin parlamentlərinin toplandığı beynəlxalq təşkilat olan Parlamentlərarası İttifaqın (PAİ) məlumatına görə, tarixdə ilk dəfə olaraq qadınlar dünyanın bütün parlamentlərində təmsil olunurlar. Ümumilikdə hesabatda qeyd olunub ki, ötən il seçkilərin keçirildiyi 47 ölkədə qadınlar orta hesabla mövcud yerlərin 25,8 faizini qazanıblar. Bu ölkələrdə əvvəlki seçkilərin keçirildiyi dövrlə müqayisədə bu göstərici 2,33 faiz artıb.

Görünən odur ki, qadınların parlamentdə təmsilçiliyinin artmasında həlledici amil qadın namizədlərin minimum sayını müəyyən edən qanuni kvotalar olub. Qanuni kvota qəbul edilən ölkələrdə qadınların 30,9 faizi parlamentə seçildiyi halda, kvota olmayan ölkələrdə bu nisbət yüzdə 21,2 olaraq qalıb.

Lakin bu inkişafa təsir edən yeganə amil kvota deyil. Buna gender bərabərliyi məsələlərinin gündəmə gəlməsi, ayrı-seçkilik və gender əsaslı zorakılıq haqqında məlumatlılığın artması və digər təsiredici amillər kimi əlavə edilə bilər. Avropa Gender Bərabərliyi İnstitutunun məlumatları göstərir ki, qadınların parlamentdə təmsilçiliyi 2017-ci ilin ortalarından bəri 30-33 faiz arasında durğunluq yaşayıb.

Avropa İttifaqına üzv dövlətlərə gender bərabərliyini təşviq etmək üçün yaradılmış agentliyin məlumatına görə, 2022-ci ilin sonunda blokun 27 üzv dövlətində qadınların parlamentdəki təmsilçiliyi orta hesabla 32,6 faiz təşkil edib. Bu göstərici ilin əvvəlində yüzdə 33-dən aşağı olub. Qadınların parlamentdə təmsilçiliyinin artması dünya miqyasında bir fenomen olsa da, gender bərabərliyi hələ də çətin bir məqsəd olaraq qalır.

Edilən araşdırmalara əsasən, 2023-cü il yanvarın 1-nə olan məlumata görə, dünyada cəmi 6 ölkənin parlamentlərində kişi və qadınların sayı bir-birinə yaxındır. Bu ölkələrə 120 yerdən 60-ı qadınların olduğu Yeni Zelandiya başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
sia.az

1Источники