RU

BMT Keniyada etirazların yatırılmasında zorakılığa yol verilməsindən narahatdır

BMT Baş katibi Antoniu Quterriş Keniyada etirazların yatırılması zamanı zorakılıq halları ilə bağlı xəbərlərə görə narahatlıq keçirdiyini bildirib.

Ednews Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

“Quterriş ölən və yaralananlarla bağlı xəbərlərdən, o cümlədən onlar arasında jurnalistlər və tibb işçilərinin də olmasından kədərlənir. Baş katib həmçinin məqsədyönlü, əsassız həbslərlə bağlı xəbərlərdən də narahatdır”, - bəyanatda deyilir.

BMT Baş katibi Keniya hakimiyyətini bütün nümayişlərin dinc şəkildə keçirilməsi üçün etirazları yatırmaqda təmkinli olmağa çağırıb.

Избранный
75
6
ednews.net

7Источники