Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi təyin olunması ilə NATO-nun Rusiyaya münasibəti dəyişməyəcək.
Sitat.info xəbər verir ki, Peskov paytaxt Moskvada gündəmlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi təyin edilməsini dəyərləndirən Peskov deyib: "Bunun NATO və üzv ölkələrin ümumi yanaşmasını dəyişəcəyini düşünmürük. NATO ölkələri ABŞ-nin rəhbərliyi ilə Rusiya Federasiyasının strateji məğlubiyyəti üçün çalışırlar".
Kənan Yusif
Sitat.info