Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Çexiya yığması ilə qarşıdakı oyundan danışıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən baş məşqçi təyin ediləndə əsas məqsəd AÇ-2024-ə vəsiqə qazanmaq idi və biz qrupda birinci olaraq final mərhələsinə çıxdıq. Biz 2008-ci ildən ələmə mərhələsinə çıxmamışıq, amma qətiyyətliyik və mübarizə aparmağa hazırıq. Azarkeşlərimiz bizi ilk dəqiqədən son dəqiqəyə kimi dəstəkləməlidirlər”, deyə Montella çağırış edib.
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turunun “F” qrupu çərçivəsində baş tutacaq Çexiya – Türkiyə oyunu bu gün, iyunun 26-da Hamburqun “Folksparkştadion”unda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.
Vurğulayaq ki, yarış cədvəli baxımından Türkiyə millisi heç-heçəyə də oynamaq üstünlüyünə malikdir.
3-cü tur ərəfəsində “F” qrupunun yarış cədvəli belə mənzərə yaradır:
- Portuqaliya – 6 xal
- Türkiyə – 3 xal
- Çexiya – 1 xal
- Gürcüstan – 1 xal
Poruqaliya yığması 1/8 final mərhələsinə vəsiqəsini artıq təmin edib. Sözügedən komanda bu mərhələdə rəqibinin müəyyənləşməsini gözləyir.