RU

Beş ayda 18 milyon turist

Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumatlara görə, 2024-cü ilin beş aylıq dövründə Türkiyəyə gələn ziyarətçilərin sayı 12,47 faiz artıv və 17 milyon 809 min olaraq qeydə alınıb.

"Cebhe.info" xəbər verir ki, bu dövrdə Türkiyəyə səfər edənlərin 15 milyon 784 mini əcnəbilər olub. Xaricdə yaşayan vətəndaşların yanvar-mart ayları statistikasına görə, Türkiyəyə 2 milyon 24 min Türkiyə vətəndaşı səfər edib. 2024-cü ilin may ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı 2023-cü ilin eyni ayı ilə müqayisədə 14 faiz artaraq 5 milyon 130 min olub.

May ayında ölkəyə ən çox ziyarətçi göndərən ölkələr arasında Rusiya Federasiyası 15,32 faiz artım və 739 min ziyarətçi ilə birinci yerdədir. Almaniya 18,12 faiz artımla 729 min ziyarətçi göndərdiyi halda, Böyük Britaniya 21,62 faiz artımla 550 min ziyarətçi ilə üçüncü yerdə qərarlaşıb. Bu ölkələri müvafiq olaraq Bolqarıstan və Polşa izləyib.

Almaniya bu ilin ilk 5 ayında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr arasında 16,20 faiz artım və 1 milyon 122 min ziyarətçi ilə birinci olub. Rusiya Federasiyası 1 milyon 78 min ziyarətçi ilə ikinci, İran isə 51,78 faiz artım və 946 min ziyarətçi ilə üçüncü yerdədir. Bu ölkələri Bolqarıstan və İngiltərə izləyib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
cebheinfo.az

1Источники