RU

Sərnişinin avtobusdan yerə yıxılaraq xəsarət almasına AYNA-dan AÇIQLAMA

Xəbər verdiyimiz bu gün kimi Bakı-Saray-Sumqayıt xətti ilə işləyən 585 nömrəli marşrutun sürücüsü qapını açıq vəziyyətdə idarə etdiyi üçün sərnişin yola yıxılıb və başından zədə alıb. Hadisə səhər saatlarında Novxanı qəsəbəsi istiqamətində baş verib. Şahidlər bildirirlər ki, 585 nömrəli marşrutun sürücüsü avtobusu qapıları açıq vəziyyətdə sürüb. Salonda sıxlıq olduğuna görə sərnişinlərdən biri müvazinətini itirərək yola yıxılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 585 nömrəli avtobus Sumqayıt şəhəri 2 nömrəli xəstəxananın dayanacağında sərnişinləri mindirib-düşürən zaman bir nəfər qıcolma səbəbindən qəflətən avtobusdan yerə yıxılaraq başından zədə alıb.

Sərnişinin xəstəxanaya çatdırılmasına qədər ona ilkin tibbi yardım göstərilib.

Nuranə Daxilqızı, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
bizim.media

1Источники